Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Çelsi” qələbəni son dəqiqədə əldən verdi - VİDEO
İngiltərə Premyer Liqasında XXVIII turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, “Çelsi” öz meydanında “Everton”la qarşılaşıb və heç-heçəyə razılaşıb - 2:2.
Londonlular 52-ci dəqiqədə Joau Felikslə hesabı açıblar. 69-cu dəqiqədə Abdullaye Dukure bərabərlik topunu vurub. 7 dəqiqə sonra Kay Haverts penaltidən fərqlənməklə yenidən “Çelsi”ni hesabda önə keçirib. Lakin 89-cu dəqiqədə Ellis Sims “Everton”a 1 xal qazandıran qolu vurub.
Hazırda 38 xalı olan “Çelsi” 10-cu pillədədir. “Everton” isə 26 xalla 15-cidir. Mersisayd klubunu enmə zonasından cəmi 2 xal ayırır.
“Çelsi” qələbəni son dəqiqədə əldən verdi - VİDEO
"Çelsi FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar