Mərakeş millisinin üzvü Hakim Ziyeş karyerasını Braziliyada davam etdirəcək.
Oxu.Az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Botafoqo" klubuna transfer olunub.
Braziliya təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.
Ziyeşin son klubu Mərakeşin "Vidad" komandası olub. O, 2025-ci ildən bu kollektivin heyətində 16 oyuna çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Hakim Ziyeş karyerası ərzində Qətərin "Əl-Duhail", Türkiyənin "Qalatasaray", İngiltərənin "Çelsi", Niderlandın "Ayaks", "Tvente" və "Herenven" klublarında da çıxış edib. O, Mərakeş millisinin heyətində keçirdiyi 64 oyunda 25 qol vurub.