“Milan” “Çelsi”dən Ruben Loftus-Çiki transfer edib.
İtaliya klubu 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzaladığını açıqlayıb.
Müqavilə 30 iyun 2027-ci il tarixinədək qüvvədədir.
Daha əvvəl “Milan”ın futbolçu üçün 15 milyon avro və bonuslar ödəyəcəyi bildirilirdi.
Qeyd edək ki, Ruben “Çelsi”məzunudur. London klubu ilə o, üç kubok - Premyer Liqa, Avropa Liqası və UEFA Super Kubokunu qazanıb.
Mənbə: sports.ru