Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Çempionlar Liqası: “Borussiya”nın finaldakı rəqibi müəyyənləşdi - VİDEO
UEFA Çempionlar Liqasının 1/2 final mərhələsinin cavab oyunu çərçivəsində “Real Madrid” və “Bavariya” üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, “Santyaqo Bernabeu”dakı matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Matçın 68-ci dəqiqəsində münhenlilərin müdafiəçisi Alfonso Deyvis komandasını hesabda irəli çıxarıb. Lakin Joselunun 88 və 90+1-ci dəqiqələrdəki dublu sayəsində sevinən tərəf ispanlar olublar - 2:1 (4:3).
Xatırladaq ki, ilk oyunda komandalar 2:2 hesabı ilə bərabərə qalıblar.
Qeyd edək ki, turnirin ən titullu komandası olan “Real” indiyədək 14 dəfə yarışın qalibi olub. İspaniya nəhəngi tarixində 18-ci dəfə finalda oynamaq hüququ əldə edib.
Beləliklə də, finalda kral klubunu PSJ-ni məğlub edən “Borussiya” gözləyir.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqasının yeni formatında dəyişikliklər edilə bilər
- UEFA Avropa Liqası: Yarımfinala yüksələcək komandalar bəlli olacaq
- Çempionlar Liqası: "Real Madrid" turniri tərk etdi, "Arsenal" PSJ-yə rəqib oldu
- Çempionlar Liqası: "Barselona"nın yarımfinaldakı rəqibi müəyyənləşdi
- UEFA Çempionlar Liqası: Yarımfinala yüksələcək son komandalar bəlli olacaq