UEFA Çempionlar Liqasında 1/8 finalın son iki oyunu keçirilib.
Turində “Yuventus” “Vilyareal”ı qəbul edib.
Matçda qonaqlar 3:0 hesablı qələbə qazanıblar. Sonuncu qolu matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Danjuma vurub.
00:01
UEFA Çempionlar Liqasında 1/8 finalın son iki oyunu keçirilir.
Turində “Yuventus” “Vilyareal”ı qəbul edir.
İngiltərənin “Çelsi” klubu isə Fransada “Lill”in qonağıdır.
Hazırda hər iki matçda qol vurulmayıb.
10:30
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, bununla da 1/4 finalın son iki iştirakçısı bəlli olacaq.
İtaliyanın Turin şəhərində keçiriləcək “Yuventus” – “Vilyareal” görüşündə hər iki komanda meydana ciddi itkilərlə çıxacaq. Bu matç gecənin qarşılaşması hesab edilir. Çünki ilk matçdakı heç-heçə intriqanın qalmasına səbəb olub.
Gecənin digər oyununda İngiltərənin “Çelsi” klubu Fransada “Lill”in qonağı olacaq. Rusiyalı prezidenti Roman Abramoviçlə əlaqədar maliyyə problemi ilə üzləşəcəyi gözlənilən “Çelsi” bəlkə də sonuncu dəfə Çempionlar Liqasını qazanmaq üçün çalışacaq. Lakin komandada müdafiənin cinahlarında ciddi itkilər var.
Bu komandalar sonuncu dəfə Lill şəhərində 2019-cu ilin oktyabrın 2-də qarşılaşıb. Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən görüşdə “Çelsi” 2:1 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası
1/8 final (cavab oyunları)
16 mart
00:00 “Yuventus” (İtaliya) – “Vilyareal” (İspaniya)
Baş hakim: Şimon Marçinyak
Oynayamayacaqlar: Aleks Sandro, Leonardo Bonuççi, Federiko Kyeza, Kayo Jorje, Veston Makkeni, Denis Zakariya (hamısı “Yuventus”), Pablo Alkaser, Alberto Moreno, Ruben Penya (hər üçü “Vilyareal”)
Oynaması sual altında olanlar: Raul Albiol, Etyen Kapue, Xuan Foyt, Xerard Moreno (hamısı “Vilyareal”)
İlk oyun – 1:1
00:00 “Lill” (Fransa) – “Çelsi” (İngiltərə)
Baş hakim: Davide Massa
Oynamayacaqlar: Renatu Sanşes (“Lill”), Bencamen Çilvell, Ris Ceyms (hər ikisi “Çelsi”)
Oynaması sual altında olanlar: Sesar Aspilikueta, Kalum Hadson-Odoy (hər ikisi “Çelsi”)
İlk oyun – 0:2
Qeyd edək ki, daha əvvəl İngiltərənin “Liverpul” və “Mançester Siti”, İspaniyanın “Real” (Madrid) və “Atletiko” (Madrid), həmçinin Almaniyanın “Bayern” və Portuqaliyanın “Benfika” klubları 1/4 finala vəsiqə əldə edib.