"Sabah" komandası UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 5:2
90 dəqiqə ərzində qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını tabloya yazdırıb.
Rumıniyada baş tutan ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.
Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels növbəti dəfə qonaqları məyus ediblər.
Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Oyunda yeddinci qol vurulub.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 5:2.
Əlavə vaxtda, 115-ci dəqiqədə Coy-Lens Mikels fərqlənib.
"Sabah" möhtəşəm geridönüş edir.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 4:2.
Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina fərqlənib.
Möhtəşəm oyun və beşinci qol.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi 90+4-cü dəqiqədə hesabda önə keçib - 3:2.
Tellur Mütəllimov adını tabloya yazdırıb.
İlk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxt oynanılacaq.
Oyunda növbəti qol vurulub.
Oxu.Az xəbər verir ki, "Sabah"ın heyətindən Umarali Raxmonaliyev 74-cü dəqiqədə möhtəşəm zərbə ilə hesabı bərabərləşdirir - 2:2.
Gərgin keçən oyunda üçüncü qol vurulub.
Oxu.Az xəbər verir ki, Mizrahi 61-ci dəqiqədə "Hapoel"i hesabda önə çıxarır - 1:2.
Matçda ikinci qol vurulub.
Oxu.Az xəbər verir ki, 38-ci dəqiqədə "Sabah" hesabı bərabərləşdirib. Fərqlənən Kristian olub - 1:1. (ümumi hesab - 2:3)
Oyunda hesab açılıb.
Oxu.Az xəbər verir ki, "Hapoel"in heyətində 10-cu dəqiqədə fərqlənən İqor Zlatanoviç olub - 0:1.
"Sabah" futbol klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxır.
Oxu.Az xəbər verir ki, təmsilçimiz bu mərhələdə İsrailin "Hapoel Beer-Şeva" klubunu qəbul edir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma başlayıb.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün keçiriləcək "Sabah" - "Hapoel" (Beer-Şeva) qarşılaşmasının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
"Hapoel": Ofir Marsiano, Pedro Amator, İtay Rotman, Migel Vitor, Qay Mizrahi, Eliel Perets, Lukas Ventura, Niv Yehoşuha, Zahi Ahmad, Ceyvon İst, İqor Zlatanoviç.
Baş məşqçi: Ran Kojux.
"Sabah": Stas Pokatilov, Stiv Solve, Rəhman Daşdəmirov, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Ksander Severina, Coy-Lens Mikels.
Baş məşqçi: Valdas Dambrauskas.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Sabah" - "Hapoel" matçı saat 20:45-də başlayacaq. Səfərdə baş tutan ilk oyunda İsrail təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
"Sabah" futbol klubu bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, təmsilçimiz bu mərhələdə İsrailin "Hapoel Beer-Şeva" klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də başlanacaq.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüş İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
25 avqust
Saat 20:45, "Sabah" - "Hapoel Beer-Şeva" (ilk oyun 1:2).