UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.
“Report”un məlumatına görə, son 6 oyundan sonra daha 2 komanda 1/8 finala vəsiqəni təmin edib.
A qrupunda İngiltərə “Liverpul”u Niderlandda “Ayaks”ı 3:0 hesabı ilə darmadağın edərək, adını növbəti mərhələyə yazdırıb.
B qrupunda Madrid “Atletiko”su İspaniyada Almaniya “Bayer”i ilə heç-heçə edib - 2:2. Bu nəticə qrupun digər iştirakçısı olan Portuqaliya “Portu”sunu pley-offa çıxarıb.
C qrupunda “Barselona” İspaniyada Almaniya “Bavariya”sına 0:3 hesabı ilə uduzub. Turnirlə vidalaşması daha əvvəl rəsmiləşən Kataloniya təmsilçisi mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. İtaliya “İnter”i və “Bavariya” isə qrupdan çıxmağı təmin edib.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
26 oktyabr
A qrupu
“Napoli” (İtaliya) – “Reyncers” (Şotlandiya) - 3:0
Qollar: Covanni Simeone, 11; 16. Leo Estiqor, 80
23:00. “Barselona” (İspaniya) - “Bavariya” (Almaniya)
Xal durumu: “Bavariya” - 12. “İnter” - 10 (5 oyuna). “Barselona” - 4. “Viktoriya” - 0 (5 oyuna)
Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Portuqaliyanın “Benfika”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları pley-offa vəsiqəni təmin ediblər.