UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Oxu.Az xəbər verir ki, ikinci matçda İtaliyanın “Milan” və “İnter” klubları üz-üzə gəliblər.
Qarşılaşma “İnter”in qələbəsi ilə başa çatıb - 2:0.
“Nerazzuri”yə qələbə qazandıran qolları Edin Dzeko və Henrix Mxitaryan vurublar.
Komandalar arasında cavab matçı mayın 16-da keçiriləcək.
Çempionlar Liqası: “İnter” “Milan”a qalib gələrək finala yaxınlaşdı - VİDEO
Rəylər