UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.
Oxu.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Vilyareal” İspaniyada turnirin əsas favoritlərindən sayılan “Liverpul”u qəbul edib.
Qonaqlar iki top fərqi ilə geri düşdükləri matçda “come back” etməyi bacarıblar.
İlk hissəni Dia və Koqelinin qolları ilə öndə bitirən “sarı sualtı qayıq” ikinci hissədə sualara “qərq olub”.
Fabinyo, Diaz, ardınca isə Manenin qolları ilə “come back” edən “Liverpul” finala adlayan ilk komanda olub.
09:04
Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.
Oxu.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Vilyareal” İspaniyada turnirin əsas favoritlərindən sayılan “Liverpul”u qəbul edəcək.
“Estadio de la Keramika” stadionundakı qarşılaşmada ispaniyalılar minimum iki top fərqli qələbə qazanıb, matçı uzatma vaxta aparmağa çalışacaq.
UEFA Çempionlar Liqası
1/2 final (cavab oyunu)
3 may
23:00 “Vilyareal” (İspaniya) – “Liverpul” (İngiltərə)
Baş hakim: Danni Makkeli (Niderland)
Vilyarreal. “Estadio de la Keramika” stadionu
İlk oyun - 0:2
Oynamayacaqlar: Alberto Moreno, Yeremi Pino (hər ikisi “Vilyareal”)
Oynaması sual altında olanlar: Raul Albiol, Fransis Koklen, Arnaut Danyuma, Jerar Moreno (hamısı “Vilyareal”), Roberto Firmino, Divok Oriqi (hər ikisi “Liverpul”)