UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna start verilib.
Oxu.Az xəbər verir ki, E, F, G və H qruplarında səkkiz oyun baş tutub.
G qrupunda “Mançester Siti” və “Leypziq” müvafiq olaraq “Yanq Boyz” (3:0) və “Srvena Zvezda”nı (2:1) məğlub edərək artıq 1/8 mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin ediblər.
E qrupunda “Atletiko” “Seltik”in qapısından altı cavabsız top keçirib - 6:0.
Xal durumu: “Barselona” - 9, “Portu” - 6, “Şaxtyor” - 6, “Antverpen” - 0.