Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Çempionlar Liqası: Milanda “İnter” “Liverpul”a qarşı
UEFA Çempionlar Liqasında bu gün pley-off mərhələsinin daha iki oyunu keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, Milanda “İnter” “Liverpul”u, Avstriyanın Zalsburq şəhərində isə eyniadlı komanda Münhen “Bayern”ini qəbul edəcək.
16 fevral
00:00 “İnter” (İtaliya) – “Liverpul” (İngiltərə)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Milan. Cüzeppe Meatsa adına stadion
Oynamayacaqlar: Nikolo Barella, Xoakin Korea, Robin Qozens (hər üçü “İnter”)
Oynamaları sual altındadır: Alessandro Bastoni, Matias Vesino (hər ikisi “İnter”), Cordan Henderson
Hər iki komanda hazırda ölkə çempionatlarında ikinci pillədə qərarlaşıb. Bu iki komanda sonuncu dəfə də 2008-ci ildə qarşılaşıb. Onda da komandalar Çempionlar Liqasının 1/8 finalı mərhələsi çərçivəsində qarşılaşıb. “Liverpul” 2008-ci ilin martın 11-də Milanda keçirilmiş görüşdə Ferran Torresin yeganə qolu ilə qələbə qazanıb.
16 fevral
00:00 “Zalsburq” (Avstriya) – “Bayern” (Almaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Zalsburq. “Red Bull Arena”
Oynamayacaqlar: Bernardo, Mamadi Diambu, Seku Koyta, Brayan Oko, Albert Vallçi (hamısı “Zalsburq”), Alfonso Deyvis, Leon Qoretska, Camal Musyala, Manuel Noyer, Yosip Stanişiç (hamısı “Bayern”)
Oynamaları sual altındadır: Zlatko Yunuzoviç, Benyamin Şeşko, Luka Suçiç (hər üçü “Zalsburq”)
Əslində bu qarşılaşma bol qol baxımından maraqla gözlənilir. Ölkələrinin son çempionları bu mövsüm də qızıl medalları qazanmağa çox yaxındır. Komandalar sonuncu dəfə 2020-ci ildə qarşılaşıb. Bu da Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutub. 2020-ci ilin noyabrın 4-də Avstriyada keçirilmiş qarşılaşmada Münhen təmsilçisi olan qonaqlar 6:2 hesabı ilə qalib gəlib. Həmin matçda polşalı Robert Levandovski dubl müəllifi olub.
Səbuhi Musa
Rəylər