Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunun qarşılaşmaları yekunlaşıb.
Oxu.Az xəbər verir ki, A qrupunda “Bavariya” “Qalatasaray”ı, “Kopenhagen” isə “Mançester Yunayted”i məğlub edib.
Almaniyada keçirilən qarşılaşmada hesabı 80-ci dəqiqədə H.Kane açıb. Altı dəqiqə sonra H.Kane növbəti dəfə fərqlənib. “Qalatasaray” yalnız 90+3-cü dəqiqədə C.Bakambu ilə təsəlli qolu vura bilib.