Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Çempionlar Liqası: "Real"dan qələbə, "Liverpul"dan geridönüş, "Bavariya"dan doqquz qol
UEFA Çempionlar Liqasında ilk liqa mərhələsinin oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, turnirin son qalibi olan Madrid "Real"ı "Ştutqart"ı qəbul edib. Kral klubu yarışa qələbə ilə başlayıb - 3:1.
"Bavariya" Münhendə Zagreb "Dinamo"suna rəhm etməyib. Meydan sahibləri qonaqları 9:2 hesablı məğlubiyyətlə yola salıblar. Almanların heyətində ingilis Harri Keyn pokerlə yadda qalıb.
"Liverpul" səfərdə "Milan"ı məyus edib. Merisaydlılar oyunun gedişində məğlub durumda ikən geridönüş etməyi bacarıblar - 1:3.
Daha bir görüşdə "Sportinq" evdə "Lill"dən üstün olub. Qonaqlar ikinci hissədə azlıqda qalıblar - 2:0.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA Roma Papasını bir dəqiqəlik sükutla yad edəcək
- UEFA Çempionlar Liqasının yeni formatında dəyişikliklər edilə bilər
- UEFA Avropa Liqası: Yarımfinala yüksələcək komandalar bəlli olacaq
- Çempionlar Liqası: "Real Madrid" turniri tərk etdi, "Arsenal" PSJ-yə rəqib oldu
- Çempionlar Liqası: "Barselona"nın yarımfinaldakı rəqibi müəyyənləşdi