Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Çempionlar Liqası: “Sevilya” avrokuboklardan kənarda qaldı - VİDEO
UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turuna start verilib.
Oxu.Az xəbər verir ki, artıq başa çatan iki qarşılaşma ilə B qrupunda mübarizəyə yekun vurulub.
“Arsenal” səfərdə PSV ilə minimal hesablı heç-heçə edib - 1:1. “Lans” isə öz meydanında “Sevilya”ya qalib gəlib - 2:1.
Bu nəticələrdən sonra B qrupunda “Arsenal” 13, PSV 9, “Lans” 8, “Sevilya” isə 2 xal toplayıb.
Beləliklə də, öncəki turdan növbəti mərhələyə keçidini təmin edən “topçular” PSV ilə birlikdə Çempionlar Liqasının 1/8 finalına adlarını rəsmən yazdırıblar. “Lans” mübarizəni Avropa Liqasında davam etdirmək hüququ qazanıb. “Sevilya” isə bu mövsüm üçün avrokuboklardan kənarda qalıb.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Xviça Kvaratsxeliya Gürcüstan futbolu tarixində ilkə imza atıb
- Superkompüter Çempionlar Liqasının qalibini açıqladı: "Real Madrid" deyil
- Özbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü
- UEFA Çempionlar Liqası: "Yuventus" turniri tərk etməli oldu
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu