Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, “Barselona” qrup mərhələsində qarşılaşdığı PSJ ilə yenidən görüşəcək. Madrid təmsilçiləri - “Real” və “Atletiko” da növbəti dəfə qarşılaşacaqlar.
Püşkatmanın nəticəsi:
“PSJ” - “Barselona”
“Atletiko” - “Real”
“Porto” - “Bavariya”
“Yuventus” - “Monako”
Oyunlar aprelin 14-15-i və 21-22-də keçiriləcək.