Qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarında Azərbaycanın iki komandası üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində “Lokomotiv” “Azərreyl”i qəbul edib.
Görüş nominal meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1 (25:14, 22:25, 25:21, 25:21).
“A” qrupunun ikinci turun digər oyununda “Ştutqart” “Dinamo”nu qəbul edəcək.
Hazırda “Lokomotiv”, “Azərreyl” və “Dinamo”nun hərəyə 3 xalı var, “Ştutqart” isə xalsızdır.