"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi İsrailin "Hapoel" (Beer-Şeva) komandası ilə üz-üzə gəlib.
Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda baş tutan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 2:1.
6-cı dəqiqədə "Sabah"ın heyətində Velko Simiç hesabı açıb. İsrail klubunda 43-cü dəqiqədə Ceyvon İst, 79-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
"Hapoel Beer-Şeva" İqor Zlatanoviçin 80-ci dəqiqədə vurduğu qolla hesabda önə çıxır - 2:1.
Oyunda hesab bərabərləşib.
Oxu.Az xəbər verir ki, ev sahiblərinin heyətində 43-cü dəqiqədə Ceyvon İst fərqlənib - 1:1.
Oyunda ilk qol vuruldu.
Oxu.Az xəbər verir ki, "Sabah"ın heyətində Simiç 6-cı dəqiqədə hesabı açır - 0:1.
"Sabah" futbol klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxır.
Oxu.Az xəbər verir ki, təmsilçimiz bu mərhələdə İsrailin "Hapoel Beer-Şeva" klubunun qonağıdır.
Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda keçirilən oyun başlayıb.
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Rumıniyanın paytaxtı Buxarestdə üz-üzə gələcək İsrailin "Hapoel" (Beer-Şeva) və Azərbaycanın "Sabah" komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda meydana aşağıdakı "11"lərlə çıxacaqlar:
"Hapoel": 1. Ofir Marsiano, 2. Qay Mizrahi, 4. Migel Vitor, 5. Pedro Amador, 12. İtay Rotman, 7. Eliel Peretz, 25. Lukas Ventura, 28. Niv Yehoşua, 9. Zahi Ahmed, 66. İqor Zlatanoviç, 20. Ceyvon İst.
Baş məşqçi: Ran Kojux.
"Sabah": 92. Stas Pokatilov, 3. Stiv Solve, 5. Rəhman Daşdəmirov, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 34. Ksander Severina.
Baş məşqçi: Valdas Dambrauskas.
"Sabah" klubu bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxır.
Oxu.Az xəbər verir ki, təmsilçimiz bu mərhələnin ilk oyununda İsrailin "Hapoel Beer-Şeva" klubunun qonağı olacaq.
Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xatırladaq ki, bu mərhələnin cavab qarşılaşması avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
19 avqust
Saat 23:00, "Hapoel Beer-Şeva" - "Sabah".