Türkiyənin "Qalatasaray" klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərənin "Liverpul" komandasının qonağı olub.
Oxu.Az-ın məlumatına görə, "Enfild" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin tam üstünlüyü ilə keçib. "Liverpul" rəqibi üzərində 4:0 hesablı qələbə qazanaraq adını turnirin 1/4 finalına yazdırıb.
Bu məğlubiyyətdən sonra "sarı-qırmızılılar" Avropa kuboklarındakı mübarizəsini dayandırıblar. Növbəti mərhələyə yüksələn "mersisaydlılar"ın rəqibi də artıq bəllidir. Turnirin 1/4 finalında "Liverpul" Fransa nəhəngi PSJ ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində günün ən maraqlı matçlarından biri İngiltərədə oynanılır.
Oxu.Az xəbər verir ki, "Liverpul" Türkiyənin "Qalatasaray" klubu ilə üz-üzə gəlir.
"Enfild" stadionundakı oyunu canlı olaraq izləyə bilərsiniz:
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində günün ən maraqlı oyunlarından biri İngiltərədə baş tutacaq.
Oxu.Az xəbər verir ki, "Liverpul" İngiltərədə Türkiyənin "Qalatasaray" klubu ilə üz-üzə gələcək.
"Enfild" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
19 mart
00:00. "Liverpul" - "Qalatasaray"
Qeyd edək ki, bu cütlüyün ilk oyununda "Qalatasaray" 1:0 hesabı ilə qələbə qazanıb.