UEFA Çempionlar Liqasında mövsümün son püşkü atılıb.
Oxu.Az xəbər verir ki, tədbirdə 1/4, 1/2 və final mərhələlərinin püşkü atılıb. Sonuncu püşkatma finalda nominal meydan sahibini müəyyənləşdirmək üçün həyata keçirilib.
Ötən mövsüm finalda qarşılaşmış Almaniya və Fransa çempionları bu dəfə 1/4 finalda üz-üzə gələcək. Həmçinin, 2018-ci ildə Ukraynanın paytaxtı Kiyevdəki finalda qarşılaşmış “Real” və “Liverpul” bu dəfə güclərini bu mərhələdə yoxlayacaq.
Çempionlar Liqası
1/4 final (6/7 – 13/14 aprel)
1. “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)
2. “Portu” (Portuqaliya) – “Çelsi” (İngiltərə)
3. “Bayern” (Almaniya) – PSJ (Fransa)
4. “Real” (İspaniya) – “Liverpul” (İngiltərə)
1/2 final (27/28 aprel – 4/5 may)
5. 3-cü cütün qalibi – 1-ci cütün qalibi
6. 4-cü cütün qalibi – 2-ci cütün qalibi
Final (29 may)
5-ci cütün qalibi - 6-cı cütün qalibi
Qeyd edək ki, turnirin final oyunu Türkiyənin İstanbul şəhərində keçiriləcək.