Çempionlar Liqasında növbəti görüşlər keçirilib.
Oxu.Az xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
1/4 finalçılar İngiltərə və Almaniyada keçirilən qarşılaşmalarda müəyyənləşib.
“Çelsi” doğma divarlar arasında PSJ ilə üz-üzə gəlib. Oyunun 32-ci dəqiqəsində isveçli futbolçu Zlatan İbrahimoviç qırmızı vərəqə alaraq meydandan qovulub. PSJ səfərdə vurduğu 2 topa görə 1/4 finala yüksəlib.
Digər matçda “Bavariya” Donetsk “Şaxtyor”unu sınağa çəkib. Qarşılaşmada “Bavariya” 7:0 hesabı ilə “Şaxtyor”u darmadığın edib.
“Real” və “Porto”nun ardınca “Bavariya” ilə PSJ də 1/4 finala vəsiqə qazanıb.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
11 mart
“Çelsi” (İngiltərə) - PSJ (Fransa) - 2:2
Qollar Kehill, 81, Azard, 96-pen - Luis, 86, Silva, 114
İlk oyun: 1:1
“Bavariya” (Almaniya) – “Şaxtyor” (Ukrayna) - 7:0
Qollar: Müller, 4-pen; 52, Boatenq, 34, Riberi, 49, Badstuber, 63, Levandovski, 75, Götze, 88
İlk oyun: 0:0
E.Ə.
www.oxu.az