Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində sonuncu tura start verilib.
Oxu.Az-ın məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarından 1/8 final mərhələyə vəsiqə qazanan 8 komandanın adı məlum olub.
A qrupunda son turda MOİK-i 2:1 hesabı ilə məğlub edən “Mançester Yunayted” birinci, səfərdə “Benfika”dan 2:0 hesabı ilə üstün olan “Bazel” isə ikinci yerdən “pley-off”a yüksəlib.
B qrupunda əvvəlcədən hər şey məlum olsa da, “Bavariya” və PSJ komandaları son turda ilk pillənin sahibini müəyyənləşdiriblər. Doğma meydanda Fransa təmsilçisini 3:1 hesabı ilə məğlub etməsinə baxmayaraq, Almaniya çempionu ikinci yerdən 1/8 finala çıxıb.
Azərbaycan çempionu “Qarabağ”ın da yer aldığı C qrupunda “Roma” və “Çelsi” komandaları hərəyə 11 xal toplayıblar. Şəxsi görüşlərdə üstün olan İtaliya təmsilçisi birinci, “Çelsi” isə ikinci olub.
D qrupunda isə “Barselona” “Nou Kamp”da “Sportinq”i 2:0 hesabı ilə, “Yuventus” isə eyni hesabla səfərdə “Olimpiakos”u məğlub edib. Bu qrupda Kataloniya komandası 14 xalla birinci yerdən, Turin təmsilçisi isə 11 xalla ikinci pillədən 1/8 final mərhələ yüksəlib.
S.B.
www.oxu.az