"Fənərbağça" UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün pley-off mərhələsində səfərdə "Lion"a qarşı cavab oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, görüş İstanbul təmsilçisinin 1:2 hesablı səfər qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın heyətində Vedat Muriqi və Arçi Braun müvafiq olaraq 24-cü və 28-ci dəqiqələrdə fərqləniblər. Ev sahiblərinin təsəlli qolunun müəllifi isə 61-ci dəqiqədə Malik Fofana olub.
Tərəflər arasında ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Fənərbağça" iki görüşün yekununda Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, "Fənərbağça" Çempionlar Liqasının əsas mərhələsində sonuncu dəfə 18 il əvvəl mübarizə aparıb.
UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün pley-off mərhələsində növbəti cavab oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, turnirin əsas mərhələsinə vəsiqə uğrunda mübarizədə bu gün dörd cavab qarşılaşması baş tutacaq.
Gecənin maraqla gözlənilən görüşlərindən birində Fransanın "Lion" klubu Türkiyə nəhəngi "Fənərbağça"nı qəbul edəcək. İlk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Günün digər matçlarında isə AEK "Levski Sofiya"nı, "Vikinq" "Dinamo Zaqreb"i, "Selye" isə "Slovan"ı sınağa çəkəcək. İlk görüşlərdə müvafiq olaraq 0:0, 2:2 və 1:1 hesablı heç-heçələr qeydə alınıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
26 avqust
23:00. "Lion" - "Fənərbağça" (ilk oyun 1:1);
23:00. AEK - "Levski Sofiya" (ilk oyun 0:0);
23:00. "Vikinq" - "Dinamo Zaqreb" (ilk oyun 2:2);
23:00. "Selye" - "Slovan" (ilk oyun 1:1).