Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulub.
Oxu.Az xəbər verir ki, daha iki yarımfinalçının adı bəlli olub
“Santyaqo Bernabeu” stadionuda “Real” və “Atletiko” ilə görüşüb. Gərgin qarşılaşmada görüşün taleyini yalnız bir qol həll edib. Bu top isə “Real”ı yarımfinala daşıyıb.
Digər 1/4 finalın cavab matçında “Yuventus” səfərdə “Monako”ya qarşı mübarizə aparıb. “Monako” “Yuventus” ev oyununda qolsuz heç-heçəyə razılaşıb. “Yuventus” yarımfinala yüksəlib.
Çempionlar Liqası, 1/4 final, cavab oyunları
"Real" - "Atletiko" - 1:0
Qol: Xavier Hernandez, 88
İlk oyun: 0:0
"Monako" - "Yuventus" - 0:0
İlk oyun: 0:1
E.Ə.
www.oxu.az