Türkiyə Super Liqasının 35-ci turu çərçivəsində keçiriləcək “Trabzonspor” - “Antalyaspor” qarşılaşmasının biletləri saniyələr içində satılıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Ümumilikdə satışa çıxmış 40 782 biletdən 27 958-i daha əvvəl satıldığından bu gün yerli vaxtda saat 13:00-da 12 824 bilet satışa çıxarılıb. Bu sayda biletin satılması üçün azarkeşlərə cəmi 27 saniyə bəs edib.
Qeyd edək ki, “Trabzonspor” görüşdə bir xal belə qazanacağı halda vaxtında əvvəl çempionluğunu elan edəcək.