Şotlandiyanın “Reyncers” klubunun ingilis baş məşqçisi Stiven Cerard Çexiyanın “Slaviya” klubunun futbolçusunu irqçilikdə günahlandırıb.
Bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Xatırladaq ki, Avropa Liqasının 1/8 final mərhələsində keçirilən “Reyncers” – “Slaviya” görüşündən (0:2) sonra qalmaqal baş verib.
“Slaviya” klubunun futbolçusu Ondrjey Kudela oyundan sonra tuneldə naməlum şəxslər tərəfindən döyülüb.
Buna səbəb O.Kudelanın oyun zamanı “Reyncers”in Syerra Leone əsilli finlandiyalı yarımmüdafiəçisi Qlen Kamaranı irqçilik zəminində təhqir etməsi olub.
Hadisəyə münasibət bildirən Qlazqo təmsilçisinin baş məşqçisi Stiven Cerard oyunçularını müdafiə edib və qeyd edib ki, onlara 100 faiz inanır:
“Ətrafdakı digər oyunçular da irqi zəmində təhqirləri eşidiblər. Mən bütün oyunçularımla fəxr edirəm. Artıq bunu UEFA həll etməlidir. Ümid edirəm ki, bu məsələ diqqətdən kənarda qalmayacaq”.
Goldson here 👏🏽👏🏽👏🏽👏🏽
— 𝚁𝚊𝚗𝚐𝚎𝚛55𝚙𝚊𝚛𝚎𝚜 (@Ranger55pares) March 19, 2021
As soon as Kamara tells him what’s happened he sprints to get the Slavia players 🏃🏽♂️💨💨💨
Absolute legend 👏🏽👏🏽👏🏽 pic.twitter.com/d1fkKgkvvQ