PSJ-nin hücumçusu Lionel Messi kollektivə qoşulub.
Bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, argentinalı futbolçu bu gün səhər məşqinə qatılıb.
Xatırladaq ki, Messi Fransa Liqa-1-in turunda “Loryen”ə uduzduqları (1:3) görüşdən sonra icazəsiz Səudiyyə Ərəbistanına yollanıb. Bu səbəbdən o, ikihəftəlik müddətə əsas komandadan uzaqlaşdırılıb. Daha sonra Messi klubdan və azarkeşlərdən üzr istəyib. Görünür, bundan sonra onun cəzası bir həftəyə endirilib.
