Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, A qrupunda yer alan komanda Moldova yığması ilə üz-üzə gələcək.
“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq matç saat 18:45-də başlayacaq.
Azərbaycan millisinin heyəti:
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov.
Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Amid Nəzərov, Hüseyn Axundov, Tural Qürbətov.