Amerikalı fiqurlu konkisürən Natan Çen Pekin Olimpiadasında qısa proqramda yeni dünya rekordu müəyyənləşdirib.
Çen 113,97 bal toplayıb. Bundan əvvəlki dünya rekordu 2020-ci ildə Dörd Qitə turnirində yaponiyalı Yuzuru Hanyu (111,82 xal) tərəfindən müəyyən edilmişdi.
Çen Pekin Olimpiadasında kişilər arasında qısa proqrama rəhbərlik edir. İkinci yaponiyalı Yuma Kagiyama (108,12), üçüncü onun həmyerlisi Syoma Uno (105,90) gəlir.
Natan Çen ABŞ-da çinli miqrantların ailəsində dünyaya gəlib və onun üçün tarixi vətənində çıxış etmək ayrı bir sınaq və stimuldur.
22 yaşı olan idmançı artıq Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, üçqat dünya çempionudur. Fiqurlu konkisürən Qran Pri seriyasının finalında da üç qələbə qazanıb. Çen kişilər arasında fiqurlu konkisürmə üzrə bütün zamanların dünya rekordçusudur, o, həmçinin sərbəst konkisürmə (224,92) və ümumi xal (335,30) üzrə rekordlara sahibdir.
Qeyd edək ki, Pekin Olimpiya Oyunları fevralın 20-də başa çatacaq.
Mənbə: TASS