UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin III turunun digər dörd qrupunda bu gün növbəti görüşlər keçiriləcək.
Oxu.Az xəbər verir ki, gecənin maraqla gözlənilən matçı, heç şübhəsiz ki, İspaniyada – Kataloniyada baş tutacaq.
Söhbət “Barselona” – “İnter” oyunundan gedir. Hər iki komandanın əzəmətli tarixi belə deməyə əsas verir. Üstəlik, görüşü maraqlı edən məqam hər iki komandanın ilk iki turda qalib gəlməsidir.
Braziliyalı Filippe Koutinyonun “Barselona” formasında tanındığı sabiq komandasına qarşı oynaması da matça maraq qatan məqamlardandır. Bu matçda münasibətlərinin milliyə görə yaxşı olmadığı deyilən Lionel Messi ilə Mauro İkardinin üz-üzə gələ bilməməsi isə təəssüfləndirici məqamdır. Çünki Messi zədə səbəbindən oynamayacaq.
Təbii ki, Almaniyanın Dortmund şəhərində keçiriləcək “Borussiya” – “Atletiko” görüşü də az maraq doğurmur. Hər iki komanda bu tura qədər maksimum nəticəyə nail olub. Ancaq almanların daha bir üstünlüyü var. Onlar ilk iki matçda qapılarını toxunulmaz saxlamağı bacarıblar.
A qrupu
20:55 “Brüqqe” (Belçika) – “Monako” (Fransa)
23:00 “Borusiya” (Dortmund, Almaniya) – “Atletiko” (İspaniya)
1. “Borusiya” 6
2. “Atletiko” 6
3. “Brüqqe” 0
4. “Monako” 0
B qrupu
20:55 PSV (Hollandiya) – “Tottenhem” (İngiltərə)
23:00 “Barselona” (İspaniya) – “İnter” (İtaliya)
1. “Barselona” 6
2. “İnter” 6
3. “Tottenhem” 0
4. PSV
C qrupu
23:00 PSJ (Fransa) – “Napoli” (İtaliya)
23:00 “Liverpul” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya)
1. “Napoli” 4
2. “Liverpul” 3
3. PSJ 3
4. “Srvena Zvezda” 1
D qrupu
23:00 “Qalatasaray” (Türkiyə) – “Şalke” (Almaniya)
23:00 “Lokomotiv” (Rusiya) – “Portu” (Portuqaliya)
1. “Portu” 4
2. “Şalke” 4
3. “Qalatasaray” 3
4. “Lokomotiv” 0
Səbuhi MUSAYEV
www.oxu.az