UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin II turu davam edir.
Oxu.Az xəbər verir ki, gecənin ikinci seansında altı qarşılaşma keçirilib.
Azərbaycanda çoxsaylı azarkeşi olan Türkiyənin “Qalatasaray” klubu İngiltərədə “Mançester Yunayted”in qonağı olub. “Old Trafford”dakı qarşılaşma dramatik alınıb. İstanbul təmsilçisi iki dəfə hesabda geri düşsə də, yekunda qələbə qazanıb - 2:3. “Sarı-qırmızılar”ın qollarını Uilfrid Zaha, Kerem Aktürkoğlu və Mauro İkardi vurublar. Meydan sahiblərinin heyətində Rasmus Hoylund dubl edib. İkardi, həmçinin, penaltidən yararlana bilməyib. “Qırmızı şeytanlar”ın heyətində Karlos Kazemiro qırmızı vərəqə ilə meydandan qovulub.
ÇL: “Qalatasaray”dan “Old Trafford”da dramatik qələbə, “Real Madrid” isə avtoqolla qalib gəldi - VİDEO
Rəylər