Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ÇL: “Şaxtyor”, “Real” və “Mançester Siti” səfərdə darmadağına, PSJ evdə qələbəyə sevindi – YENİLƏNİB + VİDEO
UEFA Çempionlar Liqasının qrup mərhələsində I turun daha 6 oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, baxımlı və bolqollu keçən bütün qarşılaşmalarda azarkeşlər ən az iki qola şahidlik ediblər.
Gecənin maraqla gözlənilən matçı Fransada PSJ və İtaliya “Yuventus”u arasında baş tutub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Turun növbəti sensasiyası F qrupunda qeydə alınıb. “Leypziq” Almaniyada Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına 1:4 hesabı ilə uduzub.
F qrupunda mübarizə aparan turnirin son qalibi İspaniya “Real Madrid”i Şotlandiyada “Seltik”ə böyük hesabla qalib gəlib.
G qrupunda isə İngiltərənin “Mançester Siti” klubu İspaniyada “Sevilya”nı darmadağın edib.
Çempionlar Liqası
Qrup mərhələsi, I tur
6 sentyabr
E qrupu
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Çelsi” (İngiltərə) - 1:0
Qol: Mislav Orşiç, 13
“Zaltsburq” (Avstriya) – “Milan” (İtaliya) - 1:1
Qollar: Noa Okafor, 28 - Aleksis Salemakers, 40