Uimbldon turnirinin qalibi Novak Cokoviç kortun otunu yeyib.
Bu haqda turnirin rəsmi Twitter səhifəsi məlumat yayıb.
5-saatlıq qarşılaşma bitdikdən sonra serb tennisçi kotrdan bir neçə ot qıraraq onları hamının gözü önündə yeyib. Qeyd etmək lazımdır ki, Cokoviç vegetariandır.
Number five tastes good 🌱#Wimbledon | @DjokerNole pic.twitter.com/ktpL2usWOw
— Wimbledon (@Wimbledon) 14 июля 2019 г.
Londonda təşkil olunmuş həlledici qarşılaşmada Cokoviç isveçrəli Roje Federeri 5partiyada məğlub edib - 7:6, 1:6, 7:6, 4:6, 13:12.
Bununla da Cokoviç ötən il qazandığı titulu qoruyub. Bu onun aktivində 5-ci “Uimbldon” zəfəridir.