Binə Atçılıq Mərkəzində çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının birinci vitse-prezidenti Bəsirət Quliyev və Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev çıxış ediblər.
Onlar yarış iştirakçılarına uğurlar arzulayıblar.
Dünya çempionatında Azərbaycanla yanaşı, Almaniya, Qazaxıstan, Küveyt, Malta, Mərakeş, Nigeriya, Polşa, Türkiyə və Özbəkistan komandaları mübarizə aparacaqlar.
Rəsmilərin çıxışından sonra dünya çempionatının iştirakçılarının paradı gerçəkləşib. Ardından oyunlara start verilib.
Qeyd edək ki, yarışda milli atlardan istifadə olunacaq. Dünya çempionatının bağlanış mərasimi iyunun 16-da baş tutacaq.
Daha çox foto burada: PhotoStock.az