Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad da keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, 52 kq-da Aydan Vəliyeva özbəkistanlı rəqibinə qalib gəlib.
Ruslan Paşayev (66 kq) isə Qırğızıstan təmsilçisindən üstün olub.
Azərbaycan cüdoçusu Könül Əliyeva (48 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutub.
Oxu.Az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, o, finalda məğlub olub.
K.Əliyeva həlledici görüşdə Tuğçe Bederə (Türkiyə) uduzub.
Qeyd edək ki, bu, Azərbaycan cüdoçularının yarışda ilk medalı olub.
Azərbaycan cüdoçusu Könül Əliyeva (48 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.
Oxu.Az xəbər verir ki, o, yarımfinalda Qazaxıstan idmançısı Diana Burkeyevanı "yuko" xalı ilə məğlub edib.
Bu nəticə ilə cüdoçu ən azı gümüş medalı təmin edib. K.Əliyevanın finaldakı rəqibi Tuğçe Beder (Türkiyə) olacaq.
Qeyd edək ki, bu cüdoçular V İslamiadanın finalında da qarşılaşmışdılar.