Dağıstanın “Anji-2” komandasının oyunçusu Həsən Məhəmmədov güllələnərək qətlə yetirilib.
Oxu.Az Bizimyol-a istinadən xəbər verir ki, Hadisə yanvarın 3-nə keçən gecə Qumtorqala rayonunun Novokuli qəsəbəsində baş verib. Dağıstan hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, 20 yaşlı sol cinah müdafiəçisi gecəyarısı odlu silahla açılan atəş nəticəsində ağır yaralanıb.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.