Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dani Alveşin məhkəməsindən ilk görüntülər yayıldı - FOTO
“Barselona” və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş zorlama işi ilə bağlı hakim qarşısına çıxıb.
Müdafiəçi 2023-cü ilin yanvarında Barselonada gecə klubunda qadına təcavüz etməkdə təqsirli bilinərək həbs olunub.
Fevralın 5-də onun məhkəmə prosesinə start verilib. İş üzrə məhkəmə prosesi fevralın 7-dək qapalı keçiriləcək. Prokurorluq təqsirləndirilən şəxsə 9 il həbs, həmçinin 150 min avro təzminat və 10 il sınaq müddəti tələb edir. Şəxsi ittiham tərəfi isə tələb olunan cəzanı 12 ilə qədər artırıb.
Alveşin vəkilləri isə iddia edirlər ki, orada cinsi təcavüz deyil, razılıq əsasında intim münasibət olub. Bununla belə, braziliyalı artıq bir neçə dəfə hadisə ilə bağlı ifadəsini dəyişib.
Mənbə: football24.ua
"Barselona" teqi üzrə xəbərlər
- Futbol təbiilikdən çıxır: Süni intellekt rəqibin zəif nöqtələrini tapır, transferləri kompüter seçir
- "Barselona"dan antirekord
- La Liqa: "Barselona" - "Atletiko" matçının taleyi son saniyələrdə həll olundu
- Avropada həftəsonu keçiriləcək futbol görüşlərinin AFİŞASI
- 2024-cü ildə ən çox meydanda olan futbolçuların siyahısı bəlli olub
Rəylər