Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dani Olmo "Barselona"nı tərk etdi
"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo hazırkı klubundan ayrılmaq qərarına gəlib.
Oxu.Az "Todofichajes"ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Kataloniya klubunun rəhbərliyinin qeydiyyatla bağlı məsələni həll edə bilməməsindən qəzəblənib. Dani Olmo buna görə də "Barselona"dan ayrılıb.
Xatırladaq ki, Dani Olmo 2024-cü ilin avqustunda Almaniyanın "Leypziq" klubundan "Barselona"ya 60 milyon avro qarşılığında transfer olunmuşdu. Futbolçu bu müddət ərzində "kataloniyalılar"ın heyətində meydana çıxdığı 15 oyunda altı məhsuldar ötürmə, bir qolla yadda qalıb.
Qeyd edək ki, Dani Olmonun "Transfermarkt" portalındakı transfer dəyəri 60 milyon avro olaraq göstərilir.
"Barselona FK" teqi üzrə xəbərlər
- Avropada keçiriləcək futbol oyunlarının AFİŞASI
- Kenan Yıldız karyerasını İspaniya La Liqasında davam etdirə bilər
- Dünyanın ən yaxşı gənc 100 yarımmüdafiəçisi: İki futbolçumuz siyahıdadır
- 17 yaşında ulduza çevrilən futbolçu İspaniya nəhəngində 100-cü oyununa çıxıb
- La Liqa: "Barselona" liderliyə yüksəldi