PSJ-nin yarımmüdafiəçisi Danil Pereyra Çempionlar Liqasının 1/8 finalında “Real” üzərindəki qələbəni qiymətləndirib.
“Böyük komandaya qarşı vacib oyunda qələbə ilə fəxr edirəm. Evdə qalib gəlmək həmişə yaxşıdır”, - deyə o bildirib.
Futbolçu eyni zamanda komanda yoldaşı Kilian Mbappe barədə də fikirlərini açıqlayıb.
“O, heç kimə bənzəməyən futbolçudur. Mənim üçün indi o ən yaxşıdır”, - deyə portuqaliyalı bildirib.
Mənbə: Sports.ru