Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Danimarka millisinin üzvü Bundesliqada çıxış edəcək
Almaniyanın "Ayntraxt" klubu Danimarka millisinin sağ cinah müdafiəçisi Rasmus Kristenseni heyətinə cəlb edib.
Oxu.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu 1 il müddətinə İngiltərənin "Lids" klubundan icarəyə götürülüb.
O, 2023-2024 mövsümünü icarə əsasında İtaliya təmsilçisi "Roma"da keçirib.
Qeyd edək ki, R.Krisensen Danimarka millisinin heyətində Almaniyada keçirilən Avropa çempionatında çıxış edib.
Ən çox oxunanlar