“Estadio Kastelao” stadionunda ikinci turun ilk oyununda Braziliya Meksika ilə qarşılaşdı.
Oxu.Az xəbər verir ki, oyun qarşılıqlı hücumlar şəraitində keçdi.
Braziliyalılar çox hücum edirdilər, bir neçə dəfə qol vurmağa yaxın oldular. Lakin meksikalı qapıçı Qilyеrmo Oçoanın inamlı oyunu buna imkan vermədi.
Meksikalı futbolçular da hücum etməkdən çəkinmirdilər. Onlar uzaqdan zərbələrə üstünlük verirdilər.
Lakin hər iki komandanın bütün səylərinə baxmayaraq oyunda hesab açılmadı.
Braziliya 0:0 Meksika.
Seymur Baxşev
www.oxu.az