Braziliyanın Natal şəhərinin “Das Dunaş” arenasında “D” qrupunun üçüncü oyunları baş tutdu. Uruqvay İtaliya yığması ilə pley-offa ikinci vəsiqə uğrunda mübarizə apardılar.
Oxu.Az xəbər verir ki, oyun Cənubi Amerika təmsilçilərinin minimal hesablı qələbəsi ilə başa çatdı.
Yegənə qolu oyunun 81-ci dəqiqəsində Diyeqo Qodin vurdu.
Paralel keçirilən oyunda isə qrupdan çıxmaq üçün heç bir şansı olmayan İngiltərə, artıq pley-offa vəsiqəni təmin etmiş Kosta-Rika qarşılaşdı. Oyun qolsuz bərabərlik ilə bitdi.
Beləliklə İngiltərə və İtaliya çempionatla vidalaşır. Uruqvay və Kosta-Rika isə mübarizəni davam etdirir.