Futbol üzrə dünya çempionatında növbəti sensasiya reallaşıb.
Oxu.Az xəbər verir ki, İspaniya meydan sahibi Rusiya ilə bacarmayıb.
Əsas vaxtı 1:1 başa çatan oyunun 30 dəqiqəsində komandalar fərqlənə bilməyib. Nəticədə komandalar penaltilər seriyasına müraciət edib. Penaltilərdə ruslar daha dəqiq olub - 4:3.
Bununla da İspaniya Almaniya və Argentinanın ardından mübarizəni dayandırıb. Rusiyanın 1/4 finaldakı rəqibi Xorvatiya - Danimarka cütünün qalibi olacaq.
Səbuhi MUSAYEV
www.oxu.az