Ukraynanın “Dnepr” klubu iki oyunun nəticəsinə görə İtaliya “Napoli”sini məğlub edərək Avropa Liqasının finalına vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, Olimpiya stadionunda keçirilən cavab qarşılaşmasında, ukraraynalılar minimal hesabla qələbə qazanıblar (ilk oyun - 1:1).
Yeganə qolu oyunun 58-ci dəqiqəsində Yevqeniy Seleznyov vurub.
Finalda “Dnepr”ın rəqibi “Sevilya” klubu olacaq. Turnirin bir nömrəli favoriti hesab edilən “Sevilya” cavab oyununda Florensiyada “Fiorentina”nın qonağı olub.
Evdə rəqibini 3 cavabsız qolla üstələyən Əndəlus təmsilçisi səfərdə də rəqibindən üstün olub. “Fiorentina”nın qapısından iki cavabsız top keçirən Unay Emerinin yetirmələri ümumi hesabda 5:0 qələbə qazanaraq ikinci il üst-üstə finala çıxıblar.
Final oyunu mayın 27-də Polşannın paytaxtı Varşava şəhərində keçiriləcək.