Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dominqesin həyat yoldaşı: "Çox xoşbəxtəm ki, Alfonso Olimpiadadan yenə əliboş qayıtmır"
"Alfonso üçün 92 kq-a öyrəşmək çox çətin idi. Ümumiyyətlə, bunun üçün bir idmançıya minimum 6 ay lazımdır. Amma ona 3-4 ay kifayət etdi".
Bunu İdman.biz-ə Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqesin həyat yoldaşı Nigar Dominqes deyib.
O, həyat yoldaşının Fransa paytaxtında ikinci olmasına münasibət bildirib. Nigarın sözlərinə görə, 81 kq, 86 kq və ardınca 92 kq-da döyüşmək Dominqes üçün heç də asan olmayıb: "Hər gün məşq edir, çox əziyyət çəkirdi. Çox xoşbəxtəm ki, Alfonso Azərbaycanı iki dəfə Olimpiadada təmsil edib və yenə əliboş qayıtmır. Əslində o özü də, biz də qızıl medal gözləyirdik. Ancaq buna da şükürlər olsun ki, zədəsi olmadan sağ-salamat evə qayıdacaq".
Azərbaycan tarixində 2 Olimpiya medalı olan yeganə boksçunun həyat yoldaşı Alfonso barədə yazılan rəyləri oxuyub pis olduğunu da deyib: "O, bu rəylərə layiq deyil. Döyüşdən sonra sosial şəbəkələrdə yazılan rəyləri oxuyuram və düzü, çox pis oluram".
Qeyd edək ki, Dominqes Paris-2024-də final döyüşündə Lazizbek Mullojonova (Özbəkistan) məğlub olub və Olimpiadanı gümüş medalla bitirib.
"Alfonso Dominqes" teqi üzrə xəbərlər
- Azərbaycan millisinin olimpiya mükafatçısı Dubayda mükafatlandırlıb
- Olimpiyaçılarımız ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərini orden və medallarla təltif etdi
- Həsrət Cəfərov: "Parisə qızıl medal üçün yollanmışdım"
- Alfonso Dominqes: "Millətimiz hər zaman dəstək olaraq məni bu səviyyəyə çatdırdı"
Rəylər