Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Donald Tramp 2026-cı ildə keçiriləcək dünya çempionatının təşkilat komitəsinin rəhbəri oldu
ABŞ-nin Prezidenti Donald Tramp dünya çempionatının təşkilat komitəsinin rəhbəri olub.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, o, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək yarışla bağlı hazırlıq işlərinə başçılıq edəcək.
Tramp bu turnirin əhəmiyyətini qeyd edib: "Bizim ölkə üçün belə turnir keçirmək böyük şərəfdir".
FIFA prezidenti Canni İnfantino ABŞ prezidentinin təşkilat komitəsinə rəhbər keçməsinə biganə qalmayıb. O, prezidentə xüsusi hazırlanmış top bağışlayıb.
Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək mundialda 48 komanda mübarizə aparacaq.
"Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA)" teqi üzrə xəbərlər
- Futbol üzrə 2030-cu il dünya çempionatında 64 komanda iştirak edə bilər
- Azərbaycanlı futbol hakimi Avropa çempionatının final mərhələsinə təyinat aldı
- Blatterlə Platini yenidən məhkəmə qarşısında – İki milyonluq fırıldaqda ittiham olunurlar
- Türkiyə klubu Şahruddin Məhəmmədəliyevə bir milyon manatdan çox ödəniş etməlidir
- FIFA daha bir Türkiyə klubunu ağır cəzalandırıb
Ən çox oxunanlar