Qadın sablyaçılardan ibarət Azərbaycan millisi İtaliyanın Milan şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatının komanda yarışlarında 1/4 finala yüksəlib.
Oxu.Az xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakovanın yer aldığı kollektiv 1/16 finalda Argentina yığmasını 45:33, növbəti raundda isə Almaniya seçməsini 45:32 hesabı ilə məğlub edib.
Azərbaycan millisi yarımfinala gedən yolda sabah Cənubi Koreya ilə qarşılaşacaq.