Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatında bürünc medal qazanmaq şansını əldən verib.
Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan mundialda bu gün son oyununa çıxan millimiz Macarıstan yığmasına 3:1 hesabı ilə uduzub.
Macarıstandan qolları dördüncü dəqiqədə Ladani David, 12-ci dəqiqədə isə Kozo Viktor vurublar.
Azərbaycanın yeganə qolunu isə 44-cü dəqiqədə Elvin Əlizadə vurub.
Dünya çempionatı: Azərbaycanın minifutbol yığması medal qazana bilmədi - YENİLƏNİB + VİDEO
10:18
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün sonuncu oyununa çıxacaq.
“Report”un məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv üçüncü yer uğrunda görüşdə Macarıstanla üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması yarımfinalda Qazaxıstana 2:3 hesabı ilə uduzub.