Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.
“Report”un məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda İtaliya təmsilçisi Elena Espositoya qalib gəlib.
Qeyd edək ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı U-23 dünya çempionatında ardıcıl olaraq Nerea Blanko (İspaniya) və Dariqa Abenə (Qazaxıstan) qalib gələrək yarımfinala yüksəlib.
09:40
Bu gün Azərbaycanın daha üç qadın güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayacaq.
“Report”un məlumatına görə, 53 kq çəki dərəcəsində çıxış edən Gültəkin Şirinova 1/8 final mərhələsində Zeynep Yetgillə (Türkiyə) üz-üzə gələcək.
62 kq-da yarışan Birgül Soltanova təsnifatda Astirid Xirinosla (Venesuela), 65 kq-dakı Nigar Mirzəzadə isə Nerea Blanko (İspaniya) ilə görüşəcək.
Bu gün həmçinin 50 kq çəki dərəcəsində Şəhanə Nəzərova təsəlliverici görüşdə Sarra Hamdi (Tunis) ilə güləşəcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.
Rəylər