Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Dünya klublarının reytinq siyahısında bizimkilər neçəncidirlər?
Dünya klublarının yeni reytinqi tərtib olunub və bu reytinqdə Azərbaycan klublarının yeri bəlli olub.
Oxu.Az xəbər verir ki, ümumi siyahıda 10 min kollektiv yer alıb.
Premyer Liqamızın təmsilçilərindən "Qarabağ" ən yaxşı nəticə ilə 162-ci yerdə qərarlaşıb.
Bu mövsüm Avrokuboklarda uğurlu nəticə əldə edən "Zirə" isə 605-cidir.
Digər təmsilçilərimiz "Şamaxı", "Neftçi" və "Kəpəz" də irəliləyiş ediblər.
Klublarımızın reytinqdəki mövqeyi:
Yer | Komanda | Xal | Əvvəlki yer |
162 | "Qarabağ" | 81.9 | 173 |
605 | "Zirə" | 75.0 | 619 |
739 | "Sabah" | 73.8 | 662 |
865 | "Turan Tovuz" | 72.7 | 851 |
1078 | "Araz-Naxçıvan" | 71.1 | 1074 |
1102 | "Neftçi" | 71.0 | 1122 |
1320 | "Sumqayıt" | 69.4 | 1307 |
1701 | "Şamaxı" | 67.3 | 1863 |
2066 | "Səbail" | 65.8 | 2012 |
2362 | "Kəpəz" | 64.7 | 2373 |
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Misli Premyer Liqası: "Kəpəz" "Qarabağ"ı, "Sabah" "Zirə"ni qəbul edəcək
- İsveçrə klubunun futbolçusu Azərbaycan millisinə dəvət olundu
- UEFA Avropa Liqasında dörddəbir final görüşləri nə zaman keçiriləcək?
- Misli Premyer Liqasında bu tur səkkiz oyunçu komandasına kömək edə bilməyəcək
- Ulduz futbolçu Luiş Nani "Qarabağ"ın oyunçuları ilə görüşüb
Ən çox oxunanlar