Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun ölkəmizdə çıxış etməsi dəqiqləşmək üzrədir.
Oxu.Az xəbər verir ki, bunu “Deportivo Luqo” klubunun prezidenti Tino Sakes də təsdiqləyib.
Prezident bir müddət La Liqa-2 (I divizion) komandasında baxışda olan Eddinin orada qalmamasının səbəbini açıqlayıb. Tino Sakes 29 yaşlı yarımmüdafiəçinin Azərbaycana yollanacağını söyləyib:
“Eddi İsrafilov ölkəsindən çox yaxşı təklif alıb və o bizimlə olmayacaq”.
Qeyd edək ki, Eddi İsrafilovun “Neftçi”yə keçəcəyi deyilir. Lakin klub hələ ki bu keçidi təkzib edir.